Çexiyada helikopter qəzaya düşdü
Çexiyada hərbi hava bazalarından birinin yaxınlığında dəhşətli aviasiya qəzası baş verib.
Hadisə baş verən an helikopterin göyərtəsində 5 nəfər hərbçinin olduğu bildirilir. Qəzadan sonra xilas olanların olub-olmaması, eləcə də hərbçilərin taleyi barədə rəsmi qurumlar tərəfindən hələlik heç bir məlumat verilməyib.
Əraziyə dərhal xilasedicilər və hərbi ekspertlər cəlb olunub, qəzanın başvermə səbəbləri araşdırılır.