Pakistanda güclü yağışlar evi uçurtdu, 9 nəfər öldü

Pakistanda güclü yağışlar evi uçurtdu, 9 nəfər öldü
HADİSƏ 14 İyul 2026 16:40

Pakistanın Xayber Paxtunxva əyalətinin Kohat rayonunda güclü yağışlar nəticəsində evin uçması zamanı 9 nəfər ölüb, 14 nəfər yaralanıb.

Sitat.info xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Hadisə zamanı dağıntılar altında qalan 23 nəfərin hamısı xilas edilərək xəstəxanaya çatdırılıb.

Xilasetmə işləri davam edir.