Kəlbəcərdəki mövqelərimiz yenidən atəşə tutuldu

Kəlbəcərdəki mövqelərimiz yenidən atəşə tutuldu
HADİSƏ 19 İyun 2022 14:04

İyunun 19-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zivel yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini snayper tüfəngi və atıcı silahlardan istifadə etməklə atəşə tutub

Bu barədə Sitat.info-ya Müdafiə Nazirliyindən bildirilib.

Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.