Trampın təyyarəsi Ankaraya endi

Trampın təyyarəsi Ankaraya endi
Dünya 07 İyul 2026 15:10

ABŞ Prezidenti Donald Trump NATO Sammitində iştirak etmək üçün Ankaraya gəlib.

Sitat.info APA-ya istinadən xəbər verir ki, Trampı Ankarada Türkiyə rəsmiləri qarşılayıblar.

ABŞ prezidentinin sammit çərçivəsində Türkiyə Prezidenti Recep Tayyip Erdoğan ilə görüşü planlaşdırılır. Bundan əlavə, Trampın bir sıra ikitərəfli görüşlər keçirməsi və NATO liderlərinin iclaslarında iştirak etməsi də nəzərdə tutulur.