Nabranda istirahət mərkəzində yanğın olub

Nabranda istirahət mərkəzində yanğın olub
HADİSƏ 19 İyun 2022 11:18

Xaçmaz rayonunun Nabran kəndində istirahət mərkəzinin ərazisində ümumi sahəsi 12 m² olan hamam otağının yanar konstruksiyaları, yaxınlıqda transformatorun yağı və sarğıları yanıb.

Sitat.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadın verdiyi xəbərə görə, yaxınlıqdakı koteclər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.