Azərbaycanda 53 yaşlı həkim göldə batdı

Azərbaycanda 53 yaşlı həkim göldə batdı
HADİSƏ 01 İyul 2026 16:12

Goranboy rayonunda 1973-cü il təvəllüdlü Sevda Nəbiyeva göldə batıb.

Sitat.info xəbər verir ki, hadisə Səfikürd kəndi ərazisində qeydə alınıb.

53 yaşlı qadının meyiti göldən çıxarılıb.

Qadının Goranboy rayon Təcili Tibbi Yardım stansiyasının həkimi olduğu bildirilir.

Faktla bağlı Goranboy rayon prokurorluğunda araşdırma başlanılıb./Teleqraf