Tovuzda maşın aşdı - Ölən və yaralanan var

Tovuzda maşın aşdı - Ölən və yaralanan var
Gündəm 27 İyun 2026 19:26

Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sitat.info  xəbər verir ki, hadisə rayonun Yanıqlı kəndində qeydə alınıb.

Məlumata görə, “VAZ-2106” markalı avtomobilin aşması nəticəsində Nəsimi Rəhimov hadisə yerində ölüb. Daha bir nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.