Azərbaycanın məşhur klinikası bağlandı - FOTO

Azərbaycanın məşhur klinikası bağlandı - FOTO
HADİSƏ 24 İyun 2026 15:50

Azərbaycanın tanınmış klinikası fəaliyyətini dayandırıb.

Sitat.info Manset.az-a istinadən xəbər verir ki, "Mayomed" klinikası bir neçə gün əvvəl bağlanıb.

Klinikanın Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 205 ünvanında yerləşən binasından bütün tibbi avadanlıqlar çıxarılıb, həkim heyəti və digər əməkdaşlarla sağollaşılıb. Artıq klinikanın reklam lövhələri də binanın üzərindən götürülüb.

Klinikanın hansı səbəbdən fəaliyyətini dayandırdığı məlum deyil.

Qeyd edək ki, "Mayomed" klinikası daha çox fizioterapiya və reabilitasiya xidmətləri ilə tanınıb.