18 yaşlı qız 20 yaşlı oğlanı bıçaqladı

18 yaşlı qız 20 yaşlı oğlanı bıçaqladı
KRİMİNAL 22 İyun 2026 10:26

Sumqayıtda 18 yaşlı qız tanışını bıçaqlayıb.

Sitat.info xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən mənzillərdən birində qeydə alınıb

Belə ki, Sumqayıt şəhər sakini, 18 yaşlı G.Ə aralarında yaranmış münaqişə zəminində 20 yaşlı oğlana bıçaqla xəsarət yetirib.

Yaralı dərhal xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən G.Ə müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırmalar aparılır./Report