Bakıda qadın sürücü piyadanı vuraraq ÖLDÜRDÜ

Bakıda qadın sürücü piyadanı vuraraq ÖLDÜRDÜ
HADİSƏ 10 İyun 2026 10:34

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Məmmədova Şəfəq Fərman qızı idarə etdiyi "Mazda" markalı avtomobillə Nəsimi rayonu, Cavadxan 23 ünvanında hərəkətdə olarkən piyada Əliyeva Arzu Əhməd qızını vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.//Report