ABŞ-ın hərbi və siyasi rəhbərliyi İrana qarşı genişmiqyaslı döyüş əməliyyatlarının yenidən başlanmasında maraqlı deyil.
Sitat.info xəbər verir ki, bu barədə Amerika administrasiyasındakı mənbələrə istinadən Al Monitor portalı məlumat yayıb.
Məlumata görə, Vaşinqton hərbi əməliyyatların bərpası yolu ilə qarşıya qoyulan məqsədlərə nail olmağın mümkün olmadığı qənaətindədir. Ağ Ev münaqişənin diplomatik yollarla həllinə üstünlük verir, eyni zamanda Tehrana qarşı iqtisadi təzyiqləri davam etdirməyi planlaşdırır.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında aparılan danışıqların uğurla irəlilədiyini bildirib. Onun sözlərinə görə, tərəflər arasında razılaşma artıq yaxın həftəsonuna qədər əldə oluna bilər.
Nigar,
Sitat.info