Otelin restoranında baş verən yanğında 21 nəfər öldü
Hindistanın paytaxtı Yeni Dehlidə bir otelin restoranında yanğın baş verib və ilkin məlumatlara görə 21 nəfər ölüb.
Çoxsaylı yanğınsöndürmə briqadaları hadisə yerinə göndərilib. Yanğın baş verən zaman otel qonaqlarının əksəriyyətinin yatdığı bildirilib. İlkin məlumatlara görə, hadisədə 21 nəfər ölüb, bir çox insan isə xilas edilib.
Yanğının səbəbi hələ müəyyən edilməyib. Hindistanın Baş naziri Narendra Modi sosial media hesabında paylaşım edərək yanğında ölənlərin ailələrinə başsağlığı verib.
Aytac,
Sitat.info