Rusiyanın gecə hücumu: Ukraynada ölənlərin sayı 17-yə çatdı

13:34 2 İyun 2026

Rusiyanın gecə saatlarında Ukraynaya endirdiyi zərbələr nəticəsində həlak olanların sayı 17-yə yüksəlib.

Sitat.info xəbər verir ki, Dnepropetrovsk vilayətinin rəhbəri Oleksandr Hanzha bildirib ki, ölkənin cənub-şərqində yerləşən Dnipro şəhərinə hücum nəticəsində ölənlərin sayı 11-ə çatıb. Həlak olanlar arasında iki uşaq da var.

Onun sözlərinə görə, dağıdılmış dördmərtəbəli binanın dağıntıları altından 8 yaşlı oğlanın və bir qadının cəsədi çıxarılıb.

Rəsmilər daha əvvəl hücum zamanı 3 yaşlı uşağın da öldüyünü açıqlamışdılar. Dniproya zərbə nəticəsində azı 37 nəfər yaralanıb.

Bununla yanaşı, Kiyevdə 6 nəfərin öldüyü bildirilir. Beləliklə, Ukraynada gecə baş verən hücumlar nəticəsində həlak olanların ümumi sayı azı 17 nəfərə çatıb.

Tehran,

Sitat.info



Xəbər xətti