Qubada şəhid abidəsi baxımsız vəziyyətdə - VİDEO

16:21 26 May 2026

Quba rayonu, II Nügədi kəndində Böyük Vətən Müharibəsi və I Qarabağ müharibəsi şəhidləri üçün salınmış abidə baxımsız vəziyyətdədir.

Bu barədə Sitat.info-ya yerli sakinlər məlumat veriblər.

Bildirilib ki, şəhid abidəsini ot-alaq basıb, hasarları isə bərbad vəziyyətə düşüb. Uzun müddətdir ki, əraziyə səliqə-sahman verən yoxdur. Sakinlərin sözlərinə görə, iki ildən çoxdur ki, abidəyə nəzarət edilmir.

Hasarlar uçub-sökülüb, ağaclar sınıb və əraziyə tökülüb. Hətta abidəyə gedən yol da keçilməz vəziyyətdədir.

Məsələ ilə bağlı Quba Rayon İcra Hakimiyyətinin də mövqeyini dərc etməyə hazırıq.

Sitat.info həmin videonu təqdim edir.

Məğrur,

Sitat.info

 



Xəbər xətti