Bakıda 8 yaşlı qız 7-ci mərtəbədən yıxılaraq öldü

Bakıda 8 yaşlı qız 7-ci mərtəbədən yıxılaraq öldü
HADİSƏ 26 May 2026 11:35

Bakıda azyaşlı binadan yıxılıb.

Sitat.info lent.az-a istinadla xəbər verir ki, hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində qeydə alınıb.

8 yaşlı Mədinə Cavid qızı Allahyarova yaşadığı binanın 7-ci mərtəbəsindən yıxılaraq ölüb.

Araşdırma aparılır.