İstanbul Polis İdarəsinin Terrorla Mübarizə və Kəşfiyyat şöbələrindən olan qruplar İŞİD terror təşkilatının fəaliyyətinin qarşısını almaq və ifşa etmək üçün əməliyyat keçiriblər.
Sitat.info-nun Türkiyə mediasına istinadən xəbərinə görə, qruplar müəyyən ediblər ki, İŞİD-i dəstəkləməkdə şübhəli bilinən qanunsuz birliklərdə dərslər təşkil edir, yetkinlik yaşına çatmayan uşaqlara ideologiya əsaslı təhsil verir, təşkilatla əlaqələrinə görə həbs olunanlar üçün pul toplayır və təşkilat iclaslarında radikal bəyanatlar verirlər.
Həmçinin, şübhəlilərin təşkilata üzv toplamaq, xərcləri ödəmək və təşkilati təbliğat aparmaq üçün kitab və jurnal satmaqla məşğul olduqları müəyyən edilib.
İstanbulda mərkəzləşmiş 3 vilayətdəki ünvanlarda keçirilən əməliyyatda 110 şübhəli saxlanılıb. Axtarışlar zamanı 4 tüfəng, 90 güllə, çoxsaylı qadağan olunmuş nəşrlər, təşkilati sənədlər və rəqəmsal materiallar müsadirə edilib.
Şübhəlilər polis bölməsinə aparılıblar.
Tehran,
Sitat.info