Tərtərdə iki yaşlı uşaq 4-cü mərtəbədən yıxılaraq ölüb

Tərtərdə iki yaşlı uşaq 4-cü mərtəbədən yıxılaraq ölüb
HADİSƏ 11 May 2026 12:05

Tərtərdə 2 yaşlı uşaq 4-cü mərtəbədən yıxılaraq ölüb.

Sitat.info xəbər verir ki, hadisə ötən gün şəhərin Nizami küçəsində qeydə alınıb.

Belə ki, 2024-cü il təvəllüdlü M.A. yaşadığı evin eyvanından ehtiyatsızlıqdan yıxılıb.

Xəstəxanaya yerləşdirilən körpə orada ölüb.

Faktla bağlı araşdırma aparılır.