Qaradağda torpaq çökdü, ölən və yaralanan var - Video

Qaradağda torpaq çökdü, ölən və yaralanan var - Video
HADİSƏ 24 Aprel 2026 10:20

Paytaxtın Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində vətəndaşlar köməksiz vəziyyətdə qalıb.

“Sitat.info” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb edilib.

Qazıntı işləri zamanı torpaq qatının çökdüyü və 2 nəfər vətəndaşın torpaq qatının altında qaldığı müəyyənləşib.

Xilasedicilər tərəfindən bir kişi xilas edilib, digər kişinin isə meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.