Ülvi Məmmədov DÇ-də yarışacaq

Ülvi Məmmədov DÇ-də yarışacaq
Gündəm 20 Aprel 2026 17:38

Azərbaycanlı karateçi Ülvi Məmmədov Şotokan karate üzrə keçiriləcək dünya çempionatında ölkəmizi təmsil edəcək.

Sitat.info xəbər verir ki, yarış Türkiyənin İstanbul şəhərində aprelin 24-dən 26-dək təşkil olunacaq.

Ülvi Məmmədov böyüklər arasında +84 kq çəki dərəcəsində tatamiyə çıxacaq.

Azərbaycan nümayəndə heyətinin tərkibində digər komanda üzvləri də yer alacaq və onlar müxtəlif çəki dərəcələrində çıxış edəcəklər.

Hazırda komandamız yarışa hazırlıq prosesini davam etdirir.