İrandan ABŞ və İsrailə sərt mesaj: “Atəşkəsi pozan hər hücuma dağıdıcı cavab veriləcək”

14:44 17 Aprel 2026

 İran ABŞ və İsrailin atəşkəsi pozacaq istənilən hücumlarına qarşı “dağıdıcı” cavab verəcəyini açıqlayıb.

Sitat.info xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Ordu Günü” münasibətilə yaydığı yazılı bəyanatda bildirib ki, ABŞ və İsrail tərəfindən atəşkəsi pozmağa yönələn hər hansı addım ciddi qarşılıqla cavablandırılacaq.

Bəyanatda qeyd olunur ki, “ordu və İnqilab Keşikçiləri Korpusu düşmənin istənilən aqressiv və cinayət xarakterli hərəkətinə güclü şəkildə cavab verməyə hazırdır”.

Eyni zamanda, 4 mart tarixində ABŞ tərəfindən beynəlxalq sularda batırıldığı iddia edilən “Dena” gəmisində həlak olanların qisasının alınacağı da vurğulanıb.

Tehran,

Sitat.info



Xəbər xətti