Boğazında qida qalan 2 yaşlı uşaq öldü

12:56 15 Aprel 2026

Bakıda 2 yaşlı uşaq bədbəxt hadisənin qurbanı olub.

Sitat.info xəbər verir ki, hadisə aprelin 13-ü saat 22 radələrində Sabunçu rayonunda baş verib.

 2024-cü il təvəllüdlü Bünyamin Rasim oğlu Əliyev yaşadığı M.Ə.Sabir küçəsindəki evdə boğazında qida qalması nəticəsində boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti