Tramp: İranın razılığa gəlməsi üçün 48 saat vaxtı qalıb

Tramp: İranın razılığa gəlməsi üçün 48 saat vaxtı qalıb
Dünya 04 Aprel 2026 18:33

İranın razılığa gəlməsi və ya Hörmüz boğazını açması üçün 48 saatı var.

Sitat.info  xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Trurh Social” hesabında bildirib.

O vurğulayıb ki, İranın razılaşma əldə etmək üçün 48 saatı var, əks halda cəhənnəmlə üzləşəcək.

“İrana razılaşma əldə etmək və ya Hörmüz boğazını açmaq üçün 10 gün vaxt verdiyimi xatırlayırsınız? Vaxt bitmək üzrədir: 48 saat qalıb”, - o qeyd edib.