"Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşdə açıq şəkildə Qarabağ hərəkatının davam etdirməməli olduğunu qeyd edib. Bununla V. Putinin nəzərinə çatdırıb ki, Kremlin emissarı R. Koçaryan üzərindən seçkilərdə Qarabağ məsələsini bağlasın. O, Ermənistan üçün bu məsələnin qapandığını və Azərbaycanla əlaqələrin normallaşmasının Rusiya ilə əlaqələrin inkişafına töhfə verəcəyini vurğulayıb".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, Paşinyan Moskvadan qayıtdıqdan sonra Qarabağ məsələsini gündəmə gətirdiyi seçki kampaniyasında Koçaryana qarşı ciddi kampaniya aparacaq: "R. Koçaryanı vətənə xəyanətdə ittiham edəcək və Ermənistanı fəlakətə sürükləyən proqrama malik olduğu üçün küncə sıxışdıracaq. N. Paşinyanın Kremldə Qarabağ məsələsini bağladığını və AzərbaycanIn ərazi bütövlüyünü tanıdığını deməsi Kreml üçün soyuq "duş effektdi" yaratdı. Tərəflər arasında ittihamlar və mübahisə də baş verdi. Ermənistan və Rusiya arasında gərginlik bu görüşdən sonra da davam edəcək.Rusiyanın bundan sonra, Qarabağ erməniləri üzərindən hər hansı bir humanitar yardım məsələsinə də imkan verilməyəcək".
Politoloq qeyd edib ki, bir əsrlik təzyiq rıçağı Rusiyanın əlindən çıxdı: "Vaxtilə Kremldə Azərbaycana qarşı Qarabağ separatizmi və işğal planı hazırlanmış və Ermənistan vasitəsilə reallaşdırılmışdı. N. Paşinyan Rusiya ilə iqtisadi və nəqliyyat əlaqələrinin Azərbaycan üzərindən ediləcəyi mesajını verdi. Bu, Azərbaycan prezidenti İlham Əliyevin apardığı uğurlu siyasətin məntiqi nəticəsidir".
Tehran,
Sitat.info