ABŞ və İsrailin həyata keçirdiyi hava hücumları nəticəsində Zəncan şəhərindəki Əzəm Hüseyniyyəsi ciddi zərər görüb.
Sitat.info-nun xarici mediaya istinadən məlumatına görə, kompleksin böyük hissəsi dağılıb və ərazidə xeyli dağıntılar müşahidə olunur.
Ekspertlər bildirir ki, ən qabaqcıl və dəqiq idarə olunan silahlar belə sıx məskunlaşmış şəhər ərazilərində insan fəlakətlərinə səbəb ola bilər, çünki partlayış dalğalarının və hesablama səhvlərinin tam sıfırlanması mümkün deyil.
Hazırda zərər çəkmiş ərazidə vəziyyətin qiymətləndirilməsi və əhali üçün təhlükəsizliyin təmin edilməsi istiqamətində işlər davam etdirilir.
Aytac,
Sitat.info