Qardaş 46 yaşlı bacısını bıçaqladı

Qardaş 46 yaşlı bacısını bıçaqladı
HADİSƏ 01 Aprel 2026 11:09

Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb.

Sitat.info xəbər verir ki,1985-ci il təvvəllüdlü Ramil Əmrahov aralarında yaranmış münaqişə zəminində bacısı, 1980-ci il təvəllüdlü Səbirə Zülfi qızı İslamovaya bıçaqla xəsarət yetirib.

Əməli törətməkdə şübhəli bilinən qardaşı 41 yaşlı R.Əmrahov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.