Toya gedənlər qəzaya düşdü: 8 ölü, 10 yaralı
Türkiyənin Balıkəsir bölgəsinin Dursunbəy kəndində toya gələnlərin olduğu mikroavtobus və süd daşıyan tankerin toqquşması nəticəsində 8 nəfər ölüb, 10 nəfər yaralanıb.
Qəzada 6 nəfər ölüb, 12 nəfər yaralanıb. Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları göndərilib. Avtomobillərdən çıxarılan yaralılar ətrafdakı xəstəxanalara çatdırılıb. Onlardan ikisini xilas etmək mümkün olmayıb.
Qəzada ölən və yaralananların şəxsiyyətinin müəyyən edilməsi işlərinin davam etdiyi bildirilib.
Nigar Abuzər
SİTAT.İNFO