Son dəqiqə! Bakıda yaşayış binası yanır

Son dəqiqə! Bakıda yaşayış binası yanır
HADİSƏ 17 Mart 2026 11:38

Bakıda yaşayış binasında yanğın baş verib.

Bu barədə Sitat.info-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.