Ukrayna diversiya qrupu Bryanska girdi: Döyüşlər gedir

Ukrayna diversiya qrupu Bryanska girdi: Döyüşlər gedir
Dünya 10 İyun 2022 12:58

Ukraynanın diversiya qrupu Bryansk vilayətinin ərazisinə daxil olub. Daha sonra Ukrayna ilə sərhəddəki sərhəd-keçid məntəqəsi atəşə tutulub.

Sitat.info xəbər verir ki, bu barədə “Baza” Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, Ukraynanın kəşfiyyat-diversiya qrupu Bryansk vilayətinin Podıvotye qəsəbəsi ərazisinə girib. Ərazidə döyüşlər gedir, onların yerləşdiyi ərazi qumbaraatanlardan və haubitsalardan atəşə tutulub.

Səhər saatlarında isə vilayətin Belaya Beryozka qəsəbəsinin sakinləri partlayış səsləri eşidiblər. İlkin məlumata görə, bu, Ukrayna ilə sərhəddəki keçid məntəqəsinə hücum cəhdi olub.

 

/Axar.az