İlham Əliyev Ərdoğana zəng etdi

İlham Əliyev Ərdoğana zəng etdi
SİYASƏT 26 Fevral 2026 16:45

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

Sitat.info xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğanı ad günü münasibətilə təbrik edib, ona uzun ömür, cansağlığı və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Türkiyə Prezidenti göstərilən diqqətə və təbrikə görə təşəkkürünü bildirib.

Telefon danışığı əsnasında dövlət başçıları gələcək təmaslara dair fikir mübadiləsi aparıblar.