Bakıda tikintidə faciə - Ölən var

Bakıda tikintidə faciə - Ölən var
HADİSƏ 26 Fevral 2026 11:31

Bakıda tikintidə bədbəxt hadisə baş verib.

Sitat.info xəbər verir ki, hadisə ötən gün saat 20 radələrində Badamdar qəsəbəsindəki tikinti meydançasında qeydə alınıb.

Belə ki, orada fəhlə kimi çalışan 1988-ci il təvəllüdlü Neftçala sakini Ramil Əlisafa oğlu Səfərovun üzərinə elektrik barabanı aşıb.

Nəticədə o, hadisə yerində vəfat edib.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.