FHN əməkdaşlarını maşınla vuran şəxsin kimliyi məlum oldu

FHN əməkdaşlarını maşınla vuran şəxsin kimliyi məlum oldu
HADİSƏ 21 Fevral 2026 11:24

Salyanda xidməti vəzifəsini yerinə yetirərkən avtomobil ilə Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarını vuran şəxsin kimliyi müəyyən olub.

Sitat.info Oxu.az-a istinadla xəbər verir ki, yol-nəqliyyat hadisəsi Ələt-Astara avtomobil yolunun 7-ci kilometrliyində qeydə alınıb.

Hadisə nəticəsində 44 BU 065 dövlət qeydiyyat nişanlı "Mersedes-Benz Atego" markalı avtomobili idarə edən Hikmət Hüseynov Salyan rayonu istiqamətində hərəkətdə olarkən iki nəfər piyadanı vurub.

Piyadaların biri hadisə yerində həyatını itirib, digəri xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.