Baş nazir məzuniyyətə ÇIXDI

Baş nazir məzuniyyətə ÇIXDI
SİYASƏT 14 Fevral 2026 12:58

Azərbaycanın baş naziri Əli Əsədov məzuniyyətə çıxıb.

Sitat.info xəbər verir ki, bu barədə “Report” məlumat yayıb.

Baş nazirin məzuniyyətinin qısamüddətli olduğu bildirilib. 

Nazirlər Kabinetinin Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq fakt təsdiqlənib.

“Məzuniyyət çox qısamüddətlidir və Əli müəllim tezliklə işdə olacaq”, - Mətbuat xidmətindən bildirilib.