Şəmkirdə evdən qadın meyiti tapılıb

Şəmkirdə evdən qadın meyiti tapılıb
HADİSƏ 07 Fevral 2026 08:52

Şəmkirdə evdən meyit tapılıb.

Sitat.info-nun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini 1961-ci il təvəllüdlü Z. Hacıyevanın meyiti yaşadığı evdən aşkarlanıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Ölümün hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.