Pakistanda ölənlərin sayı 30-u keçdi: 170-ə yaxın yaralı var...

Pakistanda ölənlərin sayı 30-u keçdi: 170-ə yaxın yaralı var...
Dünya 06 Fevral 2026 16:16

İslamabadda  məsciddə törədilən intihar hücumu nəticəsində ən azı 31 nəfər həlak olub, onlarla insan yaralanıb.

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, bu, Pakistan paytaxtında baş verən ən pis hadisələrdən biridir.

Güclü partlayış İslamabadın cənub-şərqindəki Tarlai Kalan bölgəsindəki Xədicətül-Kubra məscidində cümə namazı zamanı baş verib.

İslamabad administrasiyası verdiyi açıqlamada, x 169 nəfər yaralının  xəstəxanaya köçürüldüyünü bildirib.

Aytac,

Sitat.info