Generalın polkovnik qardaşı vəfat etdi - Foto

Generalın polkovnik qardaşı vəfat etdi - Foto
HADİSƏ 31 Yanvar 2026 10:35

Silahlı Qüvvələrin Hərbi Akademiyasının müəllimi polkovnik Telman İzzət oğlu Orucov vəfat edib.

Sitat.info  xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat paylaşıblar.

Bildirilib ki, 64 yaşlı polkovnik bu gün uzunsürən xəstəlik səbəbindən həyatını itirib.

Qeyd edək ki, Telman Orucov generallar - Elbrus Orucov və Elman Orucovun qardaşıdır.