Bakıda binada blok çökdü: sakinlər evdən çıxa bilmir - Video

Bakıda binada blok çökdü: sakinlər evdən çıxa bilmir - Video
HADİSƏ 30 Yanvar 2026 10:37

Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V" yaşayış sahəsində binaların birində birinci mərtəbədə blok çöküb.

Sitat.info xəbər verir ki, bu barədə Oxu.az-a sakinlər müraciət ediblər.

Sakinlər qeyd ediblər ki, birinci və ikinci mərtəbədə yaşayanlar binadan çıxa bilmirlər. Bunun üçün liftlə yuxarı qalxıb, yenidən aşağı düşməlidirlər.

Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.