Məmmədbəyli kəndinə növbəti köç karvanı yola salındı

Məmmədbəyli kəndinə növbəti köç karvanı yola salındı
HADİSƏ 29 Yanvar 2026 09:05

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış davam etdirilir.

Sitat.info xəbər verir ki, Zəngilan rayonunun Məmmədbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə rayonun Məmmədbəyli kəndinə 26 ailə - 142 nəfər köçürülür.