Yevlaxda beşotaqlı ev KÜLƏ DÖNDÜ

Yevlaxda beşotaqlı ev KÜLƏ DÖNDÜ
HADİSƏ 20 Yanvar 2026 12:37

Yevlax rayonun Gülövşə kəndində ümumi sahəsi 180 kvadratmetr olan birmərtəbəli beşotaqlı evin yanar konstruksiyaları yanıb.

Sitat.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.