Pakistanda güclü zəlzələ oldu

Pakistanda  güclü zəlzələ oldu
HADİSƏ 19 Yanvar 2026 11:54

Pakistanın şimal-qərbindəki Kəşmir bölgəsində 5.7 bal gücündə zəlzələ baş verib.

Sitat.info xəbər verir ki, bu barədə Avropa-Aralıq Dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələ yerli vaxtla 06:21 də (Bakı vaxtı ilə 05:21), yerin 31 km dərinliyində baş verib.

Tələfat və ya dağıntı barədə məlumat verilməyib.