Gədəbəydə ağır qəza: Ölən və yaralanan var

Gədəbəydə ağır qəza: Ölən və yaralanan var
HADİSƏ 09 Yanvar 2026 23:07

Gədəbəy rayonun Arıqdam kəndində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sitat.info xəbər verir ki, hadisə "KamAZ" markalı yük maşını və "Mercedes" markalı minik avtomobilinin toqquşması nəticəsində qeydə alınıb.

"Mercedes"in sürücüsü, 1991-ci il təvəllüdlü Məmmədov Fürqan müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Avtomobildə olan sərnişin, 1969-cu il təvəllüdlü Mamedova Samirə isə aldığı xəsarətlərdən hadisə yerində həlak olub.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, hazırda hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırmalar davam etdirilir.