Türkiyə sahillərində neft tankeri vuruldu

Türkiyə sahillərində neft tankeri vuruldu
HADİSƏ 08 Yanvar 2026 16:30

Ukrayna dronları Türkiyə sahillərində Palau bayrağı altında üzən "Elbus" neft tankerinə hücum edib.

Sitat.info xəbər verir ki, bu barədə "MASH" Telegram kanalı məlumat yayıb.

Hadisə Kastamonu şəhərindən təxminən 50 kilometr aralıda baş verib.

Partlayış nəticəsində tankerə ziyan dəyib, gəminin yuxarı hissəsinə də ziyan dəyib. İlkin məlumatlara görə, heyət üzvlərindən heç biri xəsarət almayıb.