Şagird faciəvi şəkildə öldü, anası komadadır - Foto

Şagird faciəvi şəkildə öldü, anası komadadır - Foto
HADİSƏ 07 Yanvar 2026 16:22

Abşeron rayonunun Saray qəsəbəsində faciə baş verib.

Sitat.info Modern.az-a istinadən xəbər verir ki, yanvarın 5-də Saraydakı H.Axundov adına 3 saylı məktəbin şagirdi Tahir Tamerlan oğlu Dadaşzadə dəm qazı səbəbindən boğlaraq ölüb.

Şagirdin anasının da dəm qazından zəhərləndiyi bildirilib.

Qadının hazırda ağır vəziyyətdə olduğu və oğlunun vəfatından xəbər tutmadığı qeyd edilib.