Nənə, baba və azyaşlı nəvə dəm qazından zəhərləndi - Ölən var

Nənə, baba və azyaşlı nəvə dəm qazından zəhərləndi - Ölən var
HADİSƏ 07 Yanvar 2026 11:21

Qusar rayonunda 3 nəfər dəm qazından zəhərlənib.

Sitat.info  xəbər verir ki, bu gün saat 01 radələrində 1962-ci il təvəllüdlü Riman Əlisultanov, həyat yoldaşı 1965-ci il təvəllüdlü Əntiqə Qasımova və nəvəsi 2025-ci il təvəllüdlü Emin Əlisultanov yaşadıqları Əniq kəndindəki evdə dəm qazından zəhərləniblər.

R.Əlisultanov hadisə yerində ölüb.

Xəstəxanaya yerləşdirilmiş Ə.Qasımovanın və E.Əlisultanovun vəziyyətləri orta-ağırdır.

Araşdırmalar aparılır.