Beyləqanda yataqxanada yanğın olub

Beyləqanda yataqxanada yanğın olub
HADİSƏ 03 Yanvar 2026 10:04

Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən yataqxana binasında yanğın baş verib.

Sitat.info  xəbər verir ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Beyləqan rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ikimərtəbəli yataqxana binasının ikinci mərtəbəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Xəsarət alan olmayıb.