Dəm qazı daha bir can aldı

Dəm qazı daha bir can aldı
HADİSƏ 22 Dekabr 2025 10:10

Göyçay sakini bədbəxt hadisənin qurbanı olub.

Sitat.info xəbər verir ki, dekabrın 21-i Göyçay şəhərində yaşayan Lalə İsgəndər qızı Mirzəliyeva evinin həyətində yerləşən hamamda dəm qazından boğulub.

56 yaşlı qadının meyitini yaxınları aşkar edib.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.