Azərbaycanda polis yol qəzasında öldü

Azərbaycanda polis yol qəzasında öldü
HADİSƏ 04 İyun 2022 11:10

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı İ.Adilzadə ötən gecə saat 2 radələrində idarə etdiyi “Priora” markalı avtomobillə hərəkətdə olarkən Aşağı Seyfəli kəndi ərazisində idarəetməni itirərək avtomobili aşırıb.

Bu barədə Sitat.info-ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, qəza zamanı İ.Adilzadə və sərnişini A.İbadullayev hadisə yerində ölüblər.
Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır