Moskva ABŞ-ın sülh planının yeni versiyasını bəyənməyə bilər — Kremlin rəsmisi
Rusiya prezidentinin xarici siyasət üzrə köməkçisi Yuri Uşakov bildirib ki, ABŞ-ın Kiyevlə təmaslardan sonra dəyişdirdiyi sülh planının bir çox məqamları Moskvaya xoş gəlməyə bilər.
Sitat.info xəbər verir ki, Uşakov bu barədə jurnalistlərə bildirib.
“Amerikanın planlarının yenilənmiş variantlarını hələ görməmişik. Gördükdə isə bəyənmədiyimiz çox şey ola bilər,”
O vurğulayıb ki, ABŞ-ın avropalılar və ukraynalılarla nəyə razılaşdığı Rusiyaya təqdim edilməlidir.
Gülxar,
Sitat.info