Pakistanın şimal-qərbində Əfqanıstanla sərhədə yaxın yerləşən Dera-İsmail-Xan bölgəsində polisləri daşıyan avtomobil yol kənarına yerləşdirilmiş bombanın üzərindən keçərkən partlayıb.
Sitat.info xəbər verir ki, hadisə nəticəsində üç polis həlak olub.
Təhlükəsizlik qurumları partlayışın əl istehsalı partlayıcı vasitə ilə törədildiyini bildiriblər. Bu hücum bölgədə son üç gündə polisə qarşı həyata keçirilən sayca üçüncü silahlı-insidentdir. Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti öz üzərinə götürməyib, ancaq ölkənin daxili işlər naziri Möhsün Nəqəvi açıqlamasında “Təhrik-e Taliban Pakistan” qruplaşmasını günahlandırıb.
Nigar,
Sitat.info