"Yeni Klinika"da ana doğuş zamanı öldü

\"Yeni Klinika\"da ana doğuş zamanı öldü
HADİSƏ 14 Noyabr 2025 11:59

"Yeni Klinika"da doğuş zamanı ölüm faktı qeydə alınıb.

Sitat.info milli.az-a istinadla xəbər verir ki, paytaxt sakini Nərmin Əliyeva doğuş üçün "Yeni Klinika"ya üz tutub. Doğuş zamanı Nərmin Əliyeva vəfat edib, körpə isə sağ qalıb.

Hazırda körpənin xüsusi şəraitdə saxlanıldığı bildirilir.

Məlumata görə, bu Nərmin Əliyevanın ikinci hamiləliyi olub, 5 yaşında bir övladı var və doğuşdan əvvəl səhhəti ilə bağlı heç bir şikayəti olmayıb.

Faktla bağlı araşdırma aparılır.