Zelenski ilin əvvəlindən bəri Rusiya ordusunun itkilərinin sayını açıqladı

Zelenski ilin əvvəlindən bəri Rusiya ordusunun itkilərinin sayını açıqladı
Dünya 27 Oktyabr 2025 23:04

Bu il Ukrayna ilə müharibədə Rusiya tərəfində 346 min insan həlak olub və ya yaralanıb.

Sitat.info xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski "Axios"a müsahibəsində deyib.

Onun sözlərinə görə, ölən rusların sayı səfərbərliklə hərbiyə göndərilənlərin sayı qədərdir.